Mədinədə oteldə yanğın – 15 ölü

Mədinədə oteldə yanğın – 15 ölü
  09 Fevral 2014    Oxunub:927
Mədinə şəhərindəki oteldə baş verən yanğın nəticəsində ölən və xəsarət alanlar var.

Səudiyyə Ərəbistanının Mədinə şəhərindəki oteldə yanğın baş vermişdir. Hadisə nəticəsində ölən və xəsarət alanlar vardır.
AzVision.az xəbər verir ki, bu barədə İTAR-TASS agentliyi məlumat yayıb.

Məlumata görə, ölənlərin hamısı Mədinə şəhərində ümrə ziyarətinə gələnlərdir. Onların əksəriyyəti Misir vətəndaşlarıdır. Yaralıların çoxunun vəziyyətinin ağır olduğu bildirilir.

Hazırda oteldəki yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Binada köməyə ehtiyacı olan insanların qaldığı qeyd edilir.


Teqlər:





Xəbər lenti