Astarada çayda batan şəxsin meyiti tapıldı

Astarada çayda batan şəxsin meyiti tapıldı
  25 Noyabr 2020    Oxunub:1267
Noyabrın 22-də Pensər çayının Astara rayonu, Şiyəkəran kəndi ərazisindən keçən hissəsində 1966-cı il təvəllüdlü Qulamov İsmayıl Şıxı oğlunun axtarışları başa çatıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, İ.Qulamovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılıb və aidiyyəti üzrə təhvil verilib.

Azvision.az


Teqlər: Çay   FHN  





Xəbər lenti