Karantin rejimini pozan təmir sexləri aşkarlanıb

  25 Noyabr 2020    Oxunub : 696
Karantin rejimini pozan təmir sexləri aşkarlanıb
Quba Rayon Polis Şöbəsinin əməkdaşları xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində inzibati ərazidə xidmət aparan zaman karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən avtomobil və təkər təmiri məntəqəsi aşkarlayıblar.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Azvision.az -a verilən məlumata görə, dərhal həmin obyektlərin fəaliyyətləri dayandırılıb.

Qaydaları pozan şəxslər barəsində İXM-nin müvafiq maddəsi ilə cərimə protokolları tərtib olunub.

Azvision.az

Teqlər: DİN