Daha bir koronavirus xəstəsinə cinayət işi açıldı

  25 Noyabr 2020    Oxunub : 1140
Daha bir koronavirus xəstəsinə cinayət işi açıldı
Samux rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan, rayon sakini, Fəxrəddin Quliyev və rayonun Sərkar kənd sakini Sevinc İsgəndərovanın ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadıqları ünvanı tərk etmələri müəyyən edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, polis əməkdaşları dərhal onların rayon ərazisində yerini müəyyən edərək, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadıqları ünvana göndərib.

Həmin şəxslər barəsində RPŞ-nin İstintaq Qrupunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1. (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə canyət işi başlanıb, faktla bağlı araşdırmalar davam etdirilir.

Azvision.az

Teqlər: DİN