Misirdə iğtişaşlar yenidən başlayıb

Misirdə iğtişaşlar yenidən başlayıb
  08 Fevral 2014    Oxunub:1137
Fevralın 7-də başlayan toqquşmalarda ən azı 3 nəfərin həlak olduğu bildirilir.
Misirin bir çox şəhərlərində hazırda terrorçu təşkil kimi qadağan olunmuş “Müsəlman qardaşları” təşkilatının tərəfdarları aksiyalar keçirir.

Polislə toqquşmalar zamanı 3 nəfər etirazçının öldürüldüyü xəbəri təsdiqlənib. Bundan öncə, polis patrulunun hərəkəti zamanı baş verən partlayışda 6 nəfər polis əməkdaşı xəsarət almışdı.
Misrin baş naziri Hazəm əl-Bablaui bildirib ki, terroristlər misirliləri işıqlı gələcəyə yönəlmiş yoldan döndərə bilməyəcəklər.

Xatırladaq ki, 2012-ci il avqustun 12-də hərbi çeviriliş edərək prezident Məhəmməd Mursini devirən general Əbdül Fəttah əl-Sisi 2014-cü ilin aprelində keçiriləcək prezident seçkilərində yeganə namizəd olacaq.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti