Qahirədə iki partlayış baş verib

Qahirədə iki partlayış baş verib
  08 Fevral 2014    Oxunub:880
Qahirədə polis avtomobillərinin yanında iki partlayış baş verib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Misir Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, ölkə paytaxtının Giza rayonunda baş verən iki partlayış nəticəsində 6 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Zərərçəkənlər arasında polis zabitləri və sıravi polis əməkdaşları da var.

İlkin məlumata görə, Qahirənin Giza rayonundakı körpüdə şəxsi heyəti daşımaq üçün nəzərdə tutulan polis avtomobillərinin yaxınlığında əvvəlcə bir partlayış, iki dəqiqədən sonra daha bir partlayış baş verib. Hazırda həmin rayon tamamilə mühasirəyə alınıb. Hüquq-mühafizə orqanlarının mütəxəssisləri hadisə yerində araşdırma aparırlar.


Teqlər:





Xəbər lenti