“Cihad”dan qayıdan qadınlarda QİCS aşkarlandı

“Cihad”dan qayıdan qadınlarda QİCS aşkarlandı
  06 Fevral 2014    Oxunub:1211
Suriyada "cihad nigahı" edib geri qayıdan qadınlarda QİÇS xəstəliyinin aşkarlanması Tunis dövlət orqanlarını və xalqını narahat edib. Tunis Daxili İşlər nazirliyindən verilən məlumata görə, Tunisli qızları qaçaq yollarla Suriyaya aparmaq istəyən bir neçə təşkilat ələ keçirilib.

"Yeni Şərq"-in ABNA-ya istinadən verdiyi xəbərə görə Tunisin “əl-Şuruq” qəzeti yazır ki, Suriyadan qayıdan qızlarda QİÇS xəstəliyinin aşkar edildiyini bəyan etməsindən sonra Tunisdə xalq narahat olmağa başlayıb. Əl-Şuruq qəzeti dünənki sayında 19 yaşlı bir qızın bir il Suriyada qaldıqdan sonra QİÇS xəstəliyinə tutularaq 5 aylıq bir körpə ilə geri döndüyünü yazıb. Tunisli bu qız Suriyaya necə getməsi və hal-hazırda Suriyada olan qızların vəziyyəti haqqında məlumatlar da verib. Qəzet yazır ki, bu yola düşmüş qızların şəxsən şahidi olmuş olduqları gerçəkləri işıqlandıraraq və bu anda Tunisli bir çox qızın QİÇS xəstəliyinə tutulduğunu və bunların Tunisə geri dönmələri halında cəmiyyətdə sağlamlıq baxımından böyük bir faciə yaşanacağı barəsində xəbərdarlıq edib.

Qəzetin xəbərində ayrıca Nusra Cəbhəsi, Şam və İraq İslam Dövləti və digər sələfi-vəhhabi qruplaşmaların bu nigahın qanuni olmadığı mövzusundakı fikirlərə diqqət etmədikləri və hətta saatlıq evliliklərə belə əl atdıqları ifadə edilib. Daha 17 yaşında olan bu qızın izah etdiklərinə görə, "daha əvvəl xəstəxana olaraq istifadə edilən binada o biri qadınlarla birlikdə tutulduqlarını və hər nə zaman Suriyalılar hücum etsələr, daha sonra bizlərə hücum edərək təcavüz edirdilər"-deyə, bildirib.

Beş aylıq hamilə olan bu qadın sözlərini belə davam etdirib: Evlilik və yoldaş seçimi məsələsi söz mövzusu deyildi. Buna görə də mən o qədər Pakistanlı, Əfqanıstanlı, Liviyalı, Tunisli, İraqlı, Çeçenistanlı, Ərəbistanlı və Somalili döyüşçülər arasında hansından hamilə qaldığımı və ya hansından QİÇS-ə yoluxduğumu bilmirəm!



Teqlər:





Xəbər lenti