ABŞ 12 il alman kanslerini izləyib

ABŞ 12 il alman kanslerini izləyib
  05 Fevral 2014    Oxunub:1208
ABŞ Milli Təhlükəsizlik Agentliyi 2002-ci ildən başlayaraq keçmiş Almaniya kansleri Qerhard Şrederi izləyib.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, Snoudenin sözlərinə görə, izləmə 2003-cü ildə başlanan İraq müharibəsinin Almaniya hökuməti tərəfindən tənqid olunması ilə bağlı olub.

Şreder özü isə amerikalıların onu izləməsi onun ağlına belə gəlməsə də, hazırda buna təəccüblənmədiyini bildirib.
Aktiv şəkildə mobil telefondan istifadə edən Angela Merkeldən fərqli olaraq Şreder qadjetlərdən geniş istifadə etmirdi. O 2005-ci ilə qədər ümumiyyətlə, mobil telefondan istifadə etmədiyini söyləyib.

Amerika Milli Təhlükəsizlik Xidmətindəki anonim mənbə istər Şreder, istərsə də Merkelin izlənilməsi ilə bağlı göstərişin 30 il əvvəl Ronald Reyqan tərəfindən imzalanan sənəd əsasında aparıldığını bildirib. Almaniyanın ən böyük partiyalarından olan Xristian-Demokrat partiyası yenidən geniş araşdırma aparılmalı olduğunu və bu məqsədlə Snoudenin Berlinə dəvət olunmasının önəmini xatırlayıb.

Ağ Ev isə məlumatı şərh etməkdən imtina edib.

Xatırladaq ki, 2013-cü il oktyabrın 23-də Edvard Snouden Angela Merkelin izlənməsi ilə bağlı ifşaedici məlumatlar yaymışdı. Buna görə iki ölkə arasında diplomatik gərginlik yaranmışdı.
Barak Obamanın imzaladığı qanunla 2014-cü ilin yanvarından başlayaraq ABŞ-la müttəfiq münasibətlərdə olan ölkələrin dövlət başçılarına qarşı casusluq fəaliyyəti qadağan olunmuşdu.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti