Fransa prezidenti oyun qəhrəmanı oldu

Fransa prezidenti oyun qəhrəmanı oldu
  04 Fevral 2014    Oxunub:1094
İnternetdə Fransa prezidenti Fransua Olland və onun ehtimal olunan məşuqəsi Jüli Qaye ilə bağlı yaşanan skandal kompüter tərtibatçılarının yeni oyun yaratmalarına səbəb olub.
Oyunun mahiyyəti istifadəçinin kompüter siçanı vasitəsilə prezident Ollandın sürdüyü skuteri idarə etməsinə əsaslanır.

Oyunçu skuter vasitəsilə onun arxasınca qaçan paparazzilərdən, prezidentin vətəndaş nigahında yaşadığı həyat yoldaşı Valeri Trierveyler və keçmiş rəfiqəsi Seqolen Ruayaldan uzaqlaşmalıdır.
Oyun beynəlxalq şəbəkədə böyük maraqla qarşılanıb. Sosial şəbəkələrdəki 90 mindən artıq istifadəçi artıq oyunun yerləşdiyi saytı paylaşıblar.

Xatırladaq ki, Fransua Ollandla bağlı qalmaqal bir neçə gün öncə, “Closer” jurnalında dərc olunan məqalə nəticəsində yayılmışdı. 59 yaşlı prezidentin 41 yaşlı aktrisa ilə yaşanan sevgi macərası sonda Ollandın vətəndaş nigahında yaşadığı Valeri Trierveylerdən ayrılmasına səbəb olmuşdu.

Vüqar İsmayılov


Teqlər:





Xəbər lenti