Avropa korrupsiyada boğulur - HESABAT

Avropa korrupsiyada boğulur - HESABAT
  04 Fevral 2014    Oxunub:1879
Avropa Komissiyası Avropa İttifaqına daxil olan 28 ölkədə korrupsiya hallarına görə iqtisadiyyata dəyən ziyanın məbləğini açıqlayıb.
AzVision.az xəbər verir ki, bu barədə Komissiyanın daxili siyasət üzrə komissarı Sesiliya Malmstyom yaydığı rəsmi hesabatda məlumat verib və sözügedən göstəricinin illik məbləğinin 120 milyard avro olduğunu bildirib.

Bu barədə hesabatın əsli ilə burada tanış olmaq olar.

Onun fikrincə, korrupsiya demokratik institutlara inamı azaldır, maliyyə resurslarının leqal iqtisadiyyata cəlb olunmasına mane olur və cinayətkarlıq hallarının sayını artırır.

Hesabatda bildirilir ki, korrupsiya Avropa üçün problem olaraq qalır. Korrupsiyanı aradan qaldırmaq üçün Avropa İttifaqına üzv dövlətlər nə qədər səy göstərsələr də, həyata keçirilən tədbirlər heç bir nəticə verməyib. Bunun üçün daha çox çalışmaq lazımdır.

Avropa İttifaqının Anti-Korrupsiya Hesabatında üzv dövlətlərin hər birindəki vəziyyət açıqlanır: həmin ölkələrdə hansı anti-korrupsiya tədbirləri həyata keçirildiyi, hansı tədbirlərin daha düzgün və əhəmiyyətli olduğu, daha hansı mübarizə üsullarının gərəkdiyi, eləcə də onları daha da inkişaf etdirməyin yolları barədə məlumatlar yer alır.

Hesabat göstərir ki, həm korrupsiyanın forması, və səviyyəsi, həm də korrupsiya ilə mübarizədə həyata keçirilən tədbirlərin səmərəliliyi hər bir üzv dövlətdə fərqlidir. Həmçinin görünür ki, bütün üzv dövlətlərdə korrupsiya ilə mübarizəyə xüsusi diqqət ayrılır. Avropalıların korrupsiyaya münasibəti barədə Avrobarometr sorğusunun nəticələri belə deyir. Hesabatın hazırlanması məqsədilə keçirilən bu sorğunun nəticələrinə görə, avropalıların dörddə üçü (76 %) korrupsiyanın geniş yayıldığını, yarıdan çoxu (56 %) isə ölkələrində korrupsiyanın səviyyəsinin son üç ildə artdığını düşünür. Hər 20 avropalıdan biri (8%) ötən il korrupsiya uğradıqlarını və ya bu kimi halların şahidi olduqlarını bildirir.

Onu da qeyd edək ki, sorğuda iştirak etmiş hər 10 sahibkardan 4-ü bu qənaətdədir ki, Avropada biznesin inkişafına məhz korrupsiya mane olur.

Avrobarometrin nəticələri ilə burada tanış ola bilərsiniz.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti