Oskar mükafatçısı vəfat etdi

Oskar mükafatçısı vəfat etdi
  03 Fevral 2014    Oxunub:970
Məşhur aktyor Maximilian Şell vəfat edib. AzVision.az-ın məlumatına görə, Oskar mükafatçısı olan aktyor 83 yaşında dünyasını dəyişib.

1960-cı ildə çəkilən `Judgement at Nuremberg` filmində müstəntiq roluna görə Oskar mükafatını alan avstriyalı aktyor Maximilian Schell Avstriyada yerləşən Insbruk şəhərində həyatını itirib.

83 yaşlı aktyorun ani bir xəstəlik nəticəsində öldüyü bildirilir.

Avropa kinosunun ən önəmli aktyorlarından sayılan Maximilian Schell Hollywood karyerasına Marlon Brando ilə birlikdə rol aldığı `The Young Lions` filmilə başlayıb. O, `The Man in the Glass Booth` (1975) filmilə Oskar mükafatına namizəd olub.

Schelin `Judgement at Nuremberg`dəki dostu Marlene Dietrichlə əlaqədar çəkdiyi sənədli film isə sənədli filmlər nominasiyasında Oskara namizəd olmuşdu.

Emin


Teqlər:  





Xəbər lenti