Ərdoğan işdən qovduğu nazirdən kömək istədi

Ərdoğan işdən qovduğu nazirdən kömək istədi
  03 Fevral 2014    Oxunub:1018
Türkiyənin baş naziri Rəcəp Tayyib Ərdoğan sabiq ətraf mühit və şəhərsalma naziri Ərdoğan Bayraqdarla görüşüb.

AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, görüş saat yarım davam edib. Görüşdə baş nazir Bayraqdardan Ədalət və İnkişaf Partiyasına(AKP) seçkilərdə dəstək verməsini istəyib.
Ə.Bayraqdar da partiyanın qələbəsi üçün əlindən gələni edəcəyini bildirib.

Eyni zamanda Ərdoğanın Bayraqdara gileyləndiyi qeyd edilir.
Qeyd edək ki, Türkiyədə baş verən rüşvət olayında adı hallanan Bayraqdar vəzifəsindən istefa verib. O istefasında sonra baş naziri ittiham edərək Ərdoğanı da vəzifədən getməyə çağırıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti