Çin gəmiləri mübahisəli sularda

Çin gəmiləri mübahisəli sularda
  03 Fevral 2014    Oxunub:1078
AzVision.az xəbər verir ki, Çin Xalq Respublikasının üç sərhəd gəmisi fevralın 2-də növbəti dəfə Şərqi-Çin dənizində Senkaku adalarının yaxınlığındakı mübahisəli sulara daxil olub.

Yaponiyanın Kyodo informasiya agentliyinin yaydığı məlumata görə, Çinin gəmiləri mübahisəli sularda iki saatdan çox qalıblar.

Xatırladaq ki, Çinin Müdafiə Nazirliyi ötən il noyabrın 23-də Şərqi-Çin dənizində təyyarələr üçün yeni hava hücumundan müdafiə (HHM) zonası elan edib. Həmin zonaya Çin və Yaponiya arasında mübahisəli Senkaku adaları da daxil edilib.

Çinin bu addımı Yaponiya tərəfinin qəti etirazına səbəb olub və Tokio Pekindən yeni HHM zonasının ləğvini tələb edib.

Yeni HHM zonasının elan olunması Çin ilə Avstraliya və Koreya Respublikası arasında münasibətlərin gərginləşməsinə səbəb olub.

AzərTAc


Teqlər:  





Xəbər lenti