Banqkokda nümayişdə 6 nəfər güllə yarası alıb

Banqkokda nümayişdə 6 nəfər güllə yarası alıb
  02 Fevral 2014    Oxunub:841
Parlament seçkilərinə bir gün qalmış Banqkokda baş nazirin tərəfdarları ilə əleyhdarları arasında qarşıdurmada 6 nəfər güllə yarası alıb.

AzVision.az xəbər verir ki, bu barədə yerli həkimlər məlumat yayıblar.

Nümayişçilər seçki bülletenlərinin saxlandığı ərazini mühasirəyə alıb bülletenlərin məntəqələrə paylanmasına imkan vermirlər.
Aksiyaçılar hökumətin istefa verməsini tələb edir.

Müxalifət vətəndaşları fevralın 2-nə təyin olunan seçkiləri boykot etməyə çağırıb.

Banqkokda kütləvi xalq narazılığı ötən ilin noyabrından başlayıb.

Baş nazir Yingluck Shinawatra-nı korrupsiyada ittiham edən nümayişçilər onun istefasını tələb edirlər.

2001-ci ildən başlayaraq Tailanda keçirilən bütün seçkilərdə Shinawatra ailəsi və ya onun tərəfdarları qalib gəlir.

azadliq.org


Teqlər:





Xəbər lenti