Ebru Gündeşin təyyarəsi əlindən alındı

Ebru Gündeşin təyyarəsi əlindən alındı
  01 Fevral 2014    Oxunub:1013
Rüşvət və qaçaqmalçılıq əməliyyatında saxlanılan iş adamı Rza Zərrabın Ebru Gündəşə hədiyyə etdiyi şəxsi təyyarənin kirayə olduğu məlum olub.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dekabrın 17-də saxlanılan iş adamı kreditləri ödəyə bilmədiyindən şəxsi təyyarə onu kirayə verən “Halk Lesaing” şirkəti tərəfindən geri alınıb.

12 milyon dollar qiyməti olan “Challenger 300” tipli təyyarə “Xalq” banka məxsus olan “Halk Lesaing” şirkətinə məxsusdur.

Qeyd edək ki, iş adamının sərvətinin dondurulması barədə qərar ötən gün ləğv edilib. Buna görə, Rza Zərrab təyyarəni geri qaytarmaq üçün yığılan kredit borclarını ödəməli və yenidən müqavilə imzalamalıdır.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti