Volqoqradda terror törədənlərin kimliyi bilindi

Volqoqradda terror törədənlərin kimliyi bilindi
  30 Yanvar 2014    Oxunub:1058
Rusiya Milli Antiterror Komitəsi ötən ilin dekabrında Volqoqradda baş verən iki partlayışla bağlı rəsmi açıqlama yayıb.
AzVision.az rus KİV-lərinə istinadən xəbər verir ki, Dağıstan sakinləri Əsgər Səmədov və Süleyman Maqomedov Volqoqrad şəhərində dəmiryolu vağzalının və trolleybusun partlayışın həyata keçiriblər.

“Volqoqrad şəhərində 2013-cü il dekabrın 29 və 30-da baş verən terror aktları ilə bağlı açılan cinayət işi çərçivəsində hadisələrin “Buynaksk terror qruplaşması”nın üzvləri, Əsgər Səmədov və Süleyman Maqomedov tərəfindən törədildiyi müəyyən olunub”- deyə rəsmi açıqlamada deyilir.

Xatırladaq ki, 2013-cü il dekabrın 29-da Əsgər Səmədov Volqoqrad dəmiryolu vağzalına daxil olaraq üzərindəki 10 kiloqramlıq trotil ekvivalentində olan partlayıcını işə salmış və nəticədə 17 nəfər həlak olmuş, 40 nəfər ağır xəsarət almışdı.
Hadisədən bir gün sonra- dekabrın 30-da isə Maqomed Süleymanov Volqoqradın mərkəzinə doğru hərəkət edən trolleybusda üzərindəki 4 kiloqramlıq partlayıcı qurğunu işə salaraq 14 nəfərin ölümünə, 30 nəfərin isə ağır xəsarət almasına səbəb olmuşdu.

Terroçularının qalıqlarının identifikasiya olunduğu müddətdə partlayışın icraçıları ilə bağlı müxtəlif versiyalar irəli sürülürdü.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti