Yapon rahib baş naziri döydü - VİDEO

Yapon rahib baş naziri döydü - VİDEO
  30 Yanvar 2014    Oxunub:1255
Yaponiyanın baş naziri Sindzo Abe ölkə üçün əhəmiyyətli olan qərarlar qəbul etmədən əvvəl özünü dəyənəklə döydürür.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş nazir qərar qəbul etmədən əvvəl meditasiya üçün məbədə gedir. Məbədin baş rahiblərindən biri isə onu dəyənəklə vurmağa başlayır. Bu yolla baş nazirin yapon inancların görə “zen” mərtəbəsinə yüksəlməyə çalışdığı bildirilir.

Məbədin baş rahibi isə deyib ki, baş nazir bu vasitə ilə özünü idarə etməyə çalışır: “Cənab Sindzo Abe bu meditasiyanın köməyi ilə soyuqqanlı qərarlar qəbul edə bilir”.

Fatimə Kərimli




Teqlər:  





Xəbər lenti