Xomeyninin Bakıdakı təşkilatı bağlandı

Xomeyninin Bakıdakı təşkilatı bağlandı
  29 Yanvar 2014    Oxunub:1185
İranın İmam Xomeyni Yardım Vəqfinin Azərbaycanda fəaliyyəti dayandırılıb.
AzVision.az-ın məlumatına görə, Azərbaycanda 20 ildir fəaliyyət göstərən vəqfin tərkibində fəaliyyət göstərən İmam Əli Vəqf Xəstəxanası da bağlanılıb.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Efham da vəqfin fəaliyyətinə artıq ehtiyac olmadığını qeyd edərək, bildirib ki, bu məsələdə heç bir siyasi amil yoxdur.

Qeyd edək ki, 3 il əvvəl Azərbaycan höküməti ölkədə sosial-iqtisadi inkişafı əsas göstərərək, xarici xeyriyyə fondlarının fəaliyyətlərinə ehtiyac olmadığını qeyd edib və onların fəaliyyətinin dayandırılması ilə bağlı qərar verib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti