Misirdə daxili işlər nazirinin köməkçisi öldürülüb

Misirdə daxili işlər nazirinin köməkçisi öldürülüb
  29 Yanvar 2014    Oxunub:1017
Qahirədə daxili işlər nazirinin texniki departamentə başçılıq edən köməkçisi naməlum şəxslər tərəfindən güllələnib.

AzVision.az xəbər verir ki, yerli KİV-lər xəbər verir ki, general Məhəmməd Səid Qahirədəki evinin yaxınlığında öldürülüb.

İstintaqın ilkin məlumatına görə, cinayətkarlar motosikletlə generalın yaşadığı yerə gəlmiş və o, küçəyə çıxan kimi avtomat silahdan atəş açıblar. Odlu silahdan ölümcül yaralanan məmur “təcili yardım” maşını gələnədək vəfat edib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerini mühasirəyə almışlar. Qatillərin portreti tərtib edilmişdir, intensiv axtarış aparılır.

Xatırladaq ki, keçən ilin sentyabr ayında daxili işlər naziri Məhəmməd İbrahimin özünə sui-qəsd edilib, lakin o, xilas ola bilib.

AzərTAc


Teqlər:





Xəbər lenti