AŞPA-nın yeni sədri öz fəaliyyət proqramını açıqladı

AŞPA-nın yeni sədri öz fəaliyyət proqramını açıqladı
  28 Yanvar 2014    Oxunub:1213
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni sədri lüksemburqlu deputat, xanım An Brassör öz fəaliyyət proqramını açıqlayıb.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, o bildirib ki, Avropa Şurasının demokratiya, insan haqları və qanunun aliliyi prinsipləri onun fəaliyyət proqramının əsasını təşkil edəcəkdir. AŞPA-nın yeni sədri deyib ki, “Bununla belə, səlahiyyət müddətimdə digər məsələlərlə yanaşı əsasən beş problemə xüsusi diqqət yetirəcəyəm. Bunlar rasizm, antisemitizm, ksenofobiya hallarına qarşı mübarizə, Şimali Afrika, Yaxın Şərq və Orta Asiya ölkələri ilə “Demokratiya naminə tərəfdaşlıq” çərçivəsində əməkdaşlıq, korrupsiyaya qarşı mübarizə, Avropa İttifaqı ilə əməkdaşlıq və təşkilatımızın prosedur qaydalarında islahatların aparılmasıdır”.

Xanım A. Brasör qeyd edib ki, Avropa Şurasının məqsədi Avropa hüquq məkanı qurmaqdır. Bu, qitənin sabitliyinin yeganə qarantıdır. Buna görə, bizi ayıran yox, birləşdirən dəyərlərə önəm verməliyik.


Teqlər:





Xəbər lenti