Eşton: `Ukraynadakı vəziyyətdən narahatıq`

Eşton: `Ukraynadakı vəziyyətdən narahatıq`
  28 Yanvar 2014    Oxunub:1146
Ukraynada fövqəladə vəziyyət rejiminin tətbiqi vəziyyəti ağırlaşdıracaq. AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı diplomatiyasının rəhbəri Ketrin Eşton xəbərdarlıq edib.

"Mən, hökumət tərəfindən fövqəladə vəziyyət rejimi tətbiq etməyin planlaşdırması haqda daxil olan məlumatlardan narahatam. Bu Ukraynada vəziyyətin daha da pisləşməsinə səbəb olacaq və bundan heç kimə xeyir olmayacaq. Mən həmçinin müxalifət liderlərini zorakılığa əl atanlardan uzaqlaşmağa çağırıram", - Avropa İttifaqı diplomatiyasının rəhbəri bildirib.

O, qeyd edib ki, "böhranın yeganə həlli - siyasi yoldur".

"Ştefan Fülenin bugünkü səfərindən (genişlənmə və qonşuluq siyasəti üzrə avropa komissarı) sonra mən onun ardınca sabah axşam Kiyevə gedəcəyəm", - Eşton deyib.


Teqlər:  





Xəbər lenti