Abdulla Gül yaxın vaxtlarda Gürcüstana gedir

Abdulla Gül yaxın vaxtlarda Gürcüstana gedir
  28 Yanvar 2014    Oxunub:1180
Türkiyə Prezidenti yaxın vaxtlarda Gürcüstana səfər edəcək.
Gürcüstan Prezidentinin xarici işlər üzrə müşaviri Vano Maçavariani Türkiyə Prezidenti Abdullah Gülün yaxın vaxtlarda Gürcüstana səfər edəcəyini bildirib. AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, o bildirib ki, bu barədə qərar Gürcüstan Prezidentinin Türkiyəyə səfəri zamanı qəbul olunub.
V.Maçavariani deyib ki, “Türkiyə tərəfi Prezident Abdullah Gülün yaxın vaxtlarda Gürcüstana səfər etməsi üçün hazır olduğunu bildirib. Bundan başqa, Azərbaycan, Gürcüstan və Türkiyə arasında müxtəlif sahələr üzrə birgə layihələrin işlənib hazırlanması məqsədi ilə üçtərəfli təşəbbüslərin ilkin şərtləri barədə də rəy bildirilib”.


Teqlər:





Xəbər lenti