Liviyada oğurlanan diplomatlar azad edildi

Liviyada oğurlanan diplomatlar azad edildi
  28 Yanvar 2014    Oxunub:1071
Misir xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Bədr Əbd əl-Əti bildirib ki, bu yaxınlarda Liviyada oğurlanan beş misirli diplomat bu gün azad edilib.

Onun sözlərinə görə, bu günlərdə Tripolidən evakuasiya edilən qalan diplomatların hamısı hazırda Qahirədədir və onların fəaliyyəti üçün təhlükəsiz şərait yaradılandan dərhal sonra əvvəlki yerlərinə qayıda biləcəklər.

KİV-lərin verdiyi məlumata görə, Liviya hakimiyyət orqanları misirli diplomatları onların oğurlanmasında əli olan qruplaşmalarla dinc danışıqlar yolu ilə azad ediblər.


Teqlər:  





Xəbər lenti