Nalbandyan İrana gedir

Nalbandyan İrana gedir
  27 Yanvar 2014    Oxunub:859
Ermənistanın xarici işlər naziri Eduard Nalbandyan İrana rəsmi səfər edəcək.
AzVision.az xəbər verir ki, bu barədə İranın “İSNA” xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, fevralın ikinci yarısı baş tutacağı gözlənilən səfər zamanı Nalbandyan iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşəcək. Səfər zamanı həmçinin Tehranda Emənistan – İran Hökumtələrarası Şurasının 12-ci iclası keçiriləcək. İclasda iştirak etmək üçün Ermənistanın enerji naziri Armen Movsisyan da Tehrana gedəcək.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti