Sabahkı imtahanlara 2 mindən çox müəllim nəzarət edəcək

Sabahkı imtahanlara 2 mindən çox müəllim nəzarət edəcək
  09 Sentyabr 2020    Oxunub:3385
Sentyabrın 10-da respublikanın 15 şəhər və rayonunda - Bakı, Abşeron, Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Yevlax, Şəki, Ağcabədi, Kürdəmir, Sabirabad, Lənkəran, Cəlilabad, Masallı və Xaçmazda 9-cu və 11-ci sinif şagirdləri üçün yekun qiymətləndirmə imtahanları təşkil olunacaq.
DİM-dən Azvision.az -a bildirilib ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 89 imtahan binası, 1600 imtahan zalı ayrılıb.

İmtahanların idarə olunmasına 89 ümumi imtahan rəhbəri, 253 imtahan rəhbəri, 2077 nəzarətçi–müəllim, 178 buraxılış rejimi əməkdaşı, 89 bina nümayəndəsi nəzarət edəcək.

Azvision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti