DİM sədri: Builki imtahan nəticələri aşağı deyil

      DİM sədri:    Builki imtahan nəticələri aşağı deyil
  08 Sentyabr 2020    Oxunub:4609
Bu il abituriyentlərin buraxılış və qəbul imtahanlarında göstərdikləri nəticələrin aşağı olması barədə bəzi ekspertlərin səsləndirdiyi fikirlər yanlışdır.
Azvision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, abituriyentlərin nəticələri keçən ilkindən az deyil.

“Keçən il I ixtisas qrupunda mediana (yəni 50 faiz abituriyentin göstərdiyi nəticə bu baldan yuxarıdır) 177, 62 bal idi. Bu il 180,71-dir. Nəticələr bu il I qrup üzrə yüksəkdir. II ixtisas qrupunda vəziyyət bir qədər aşağıdır. Keçən il bu qrupda mediana 223 idi, bu il 198 baldır. III ixtisas qrupu üzrə mediana 297 bal olub, bu il isə 303-dür. Nəticələr artıb. IV ixtisas qrupunda keçən il mediana 318 bal idi, bu il 326,47 baldır”.

Aytən Zəhra
Azvision.az


Teqlər: DİM  





Xəbər lenti