Somalidəki “Əl-Qaidə” rəhbəri öldürüldü

Somalidəki “Əl-Qaidə” rəhbəri öldürüldü
  27 Yanvar 2014    Oxunub:860
Amerika Somalinin cənubundakı terrorçu bazalarına hava zərbələri endirib.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının Somalidə “Əl Qaidə”yə yaxın sayılan “Əş-Şabab” qruplaşmasının səhra komandiri Sahal İskudhuk öldürülüb.

Hərbi mənbələr İskhudukun maşınına hərəkət zamanı raketin düşməsi nəticəsində öldürüldüyünü məlumat verir. Bundan əlavə, zərbənin pilotsuz uçuş aparatı tərəfindən endirildiyini ehtimal olunur.

Ötən ilin oktyabrında Amerika xüsusi təyinatlı dəstələri Somalidə “Əş-Şabab” qruplaşmasının liderləri olan Əbdulqədir Məhəmmədin həbsi məqsədilə xüsusi əməliyyat keçirmişdi.
Lakin, o zaman “Əş-Şabab” lideri qaçmağa müvəffəq olmuşdu.

Xatırladaq ki, 1991-ci ildə diktator Siad Barrenin ölümündən sonra Somali vətəndaş müharibəsinin mərkəzinə çevrilib. Hazırda ölkə faktiki olaraq müstəqil olan bir neçə dövlətdən ibarətdir.

Vüqar İsmayılov


Teqlər:





Xəbər lenti