Dərsdənkənar məşğələlər üçün fənlər müəyyənləşdi

Dərsdənkənar məşğələlər üçün fənlər müəyyənləşdi
  08 Sentyabr 2020    Oxunub:8357
Ümumtəhsil məktəblərində dərsdənkənar məşğələlərə ayrılmış saatlar üçün fənlər müəyyənləşdirilib.
Təhsil Nazirliyindən Azvision.az -a bildirilib ki, dərsdənkənar məşğələlərə ayrılmış saatlar I-IV siniflərdə xarici dil fənni üzrə əyani formada, V siniflərdə xarici dil fənnini distant, xarici dil tədris olunmayan məktəblərdə Pedaqoji Şuranın qərarı ilə digər fənlərin hər hansı birini distant formada, VI siniflərdə fizika fənnini əyani formada, VII siniflərdə Qarabağın tarixi kursunu distant formada, VIII-XI siniflərdə 1 saat Azərbaycan tarixi fənnini distant, digər 1 saat isə Pedaqoji Şuranın qərarı ilə fizika, kimya, biologiya və coğrafiya fənlərinin hər hansı birini distant formada tədris etməyi nəzərdə tutur.

Müəyyən edilmiş təhsil müəssisələrinin VIII sinfində dərsdənkənar məşğələlər üçün nəzərdə tutulmuş 2 saatın 1-i ortaq türk tarixi kursunun distant formada tədrisinə ayrılıb.



Azvision.az


Teqlər: Təhsil   Dərs  





Xəbər lenti