Müəllim olmaq istəyən 2396 nəfər imtahan verir

Müəllim olmaq istəyən 2396 nəfər imtahan verir
  03 Sentyabr 2020    Oxunub:2042
Sentyabrın 3-də riyaziyyat və texnologiya fənləri üzrə test imtahanları keçirilir. İmtahanlarda 2396 namizədin iştirakı nəzərdə tutulur.
Təhsil Nazirliyindən Azvision.az-a bildirilib ki, namizədlərə ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir.

Sualların cavablandırılmasına 90 dəqiqə vaxt verilir.

Azvision.az


Teqlər: Təhsil   Müəllim  





Xəbər lenti