Bu VİDEO Rusiyanı sarsıtdı

Bu VİDEO Rusiyanı sarsıtdı
  26 Yanvar 2014    Oxunub:1042
AzVision.az LifeNews-a istinadən xəbər verir ki, Sankt-Peterburqda təqaüdçülərə mütəmadi olaraq qəddarcasına hücum edib onları soyan oğru hələ də axtarışdadır. Artıq bir neçə ahıl şəxs cinayətkarın qurbanına çevrilib. O asan hücum çəkə biləcəyi və müqavimət görməyəcəyi ahılları, təqaüdlərini alan vaxt izləməyə başlayır, qurbanı blok və ya sakit bir yerdə yaxalayan canı onları qəddarcasına döyərək əllərindən pullarını alır.

Zərərçəkənlərdən biri 82 yaşlı Lyudmila Matorina indiyədək hücumun şokun yaşayır. Təqaüdçü qadın 9 yanvar günü Vətəndaş prospektində olan evinə gedərkən oğrunun hücumuna məruz qalıb.

Matorina poçtdan rəfiqəsi ilə birgə təqaüdlərin götürüb evə qayıdırdı. Qadının çantasında 20 min rubl (460 AZN) pul var idi. Onlar bloka girdikdə yanlarınca gələn caniyə fikir verməyiblər.

Sonrası isə tez baş verir. Cani Lyudmilanı üzünə yumuruq endirir. Təqaüdçü qadın o dəqiqəcə yıxılır. Oğru çantanı alıb hadisə yerindən qaçaraq uzaqlaşır.

Baş verən hadisələr içində ən faciəlisi isə oğrunun qoca cütlüyə hücumu olur. Hücum binanın girişində olan təhlükəsizlik kamerasına yansıyır. Oğrunun qadına vurduğu zərbə iki həftədən sonra qadının ölümünə səbəb olur. Hücumun videoyazısı internetdə yayıldıqdan sonra hadisə ölkə gündəmində əsas müzakirəyə çevrilib.




Teqlər:





Xəbər lenti