14 abituriyentin imtahan nəticəsi ləğv edilib

14 abituriyentin imtahan nəticəsi ləğv edilib
  03 Sentyabr 2020    Oxunub:3318
Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I və IV ixtisas qrupları üzrə 20-21 avqust 2020-ci il tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib.
DİM-dən Azvision.az -a verilən məlumata görə, abituriyentlərdən 14 nəfəri qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

Bundan əlavə, imtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 36140 abituriyentdən 3089 nəfəri imtahanda iştirak etməyib.

Azvision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti