Qələbənin 75 illiyi münasibətilə poçt markası buraxılıb
Markada neft istehsalında istifadə edilən mancanaq dəzgahının qolu – balansir tərəfindən dağıdılmış Vermaxt əsgərinin dəbilqəsi, arxa planda isə həmin illərə aid neft qüllələri təsvir olunub.
Bu marka vasitəsilə Azərbaycan neftinin, azərbaycanlı neftçilərin arxa cəbhədə sərf etdikləri titanik əməyin XX əsrin ortalarında bəşəriyyətin bəlasına çevrilmiş faşizmin məhv edilməsindəki əhəmiyyəti bir daha qabardılır, dünya kolleksiyaçıları arasında yayılır.
Markalarla yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanaraq satışa çıxarılıb.
Azvision.az
Teqlər: Poçt Marka Faşizm Qələbə