Müəllimlərin maskadan istifadəsi məcburi olacaq

 Müəllimlərin maskadan istifadəsi məcburi olacaq
  27 Avqust 2020    Oxunub:13668
Uşaqların virusa yoluxma faizi çox aşağıdır. İyul ayının rəqəmlərinə görə, ABŞ-da uşaqların yoluxması 2 faiz, İspaniya və İtaliyada 0,8 faizdir. ÜST-ün tövsiyyəsinə əsasən, 12 yaşdan aşağı uşaqların maska taxması valideynlərin öhdəsinə buraxılır.
Azvision.az xəbər verir ki, bunu Təhsil nazirinin müşaviri Rüstəm Ağayev yeni tədris ilinin başlanmasına həsr olunmuş brifinqdə deyib.

Onun sözlərinə görə, dərslər başlayarkən uşaqların maska taxması barədə valideynlərə məlumat veriləcək.

“Maskaların taxılması infeksiyanın yayılmasına səbəb ola bilər. Çünki maskalar hər gün dəyişilməlidir”.

Təhsil naziri Emin Əmrullayev isə bildirib ki, maskalardan istifadə müəllimlər üçün vacibdir: "Müəllimlərin 38 faizi 50 yaşdan yuxarıdır. Müəllimlər üçün maskalardan istifadə məcburidir. İbtidai siniflərdə oxuyan uşaqlar üçün isə bu tövsiyyəedici olacaq”.

Azvision.az


Teqlər: Nazir   Müşavir   Rüstəm-Ağayev  





Xəbər lenti