Azərbaycanda 113 minə yaxın tələbə ödənişli təhsil alır

 Azərbaycanda 113 minə yaxın tələbə ödənişli təhsil alır
  27 Avqust 2020    Oxunub:3793
Təxminən ölkədə 176 min tələbədən 113 minə yaxını ödənişli təhsil alır. Onların 15 min 209 nəfərin müvafiq qaydada ödənişləri dövlət tərəfindən sosial həssas qrup olaraq ödənilib.
Azvision.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev yeni tədris ilinin başlanmasına həsr olunmuş brifinqdə deyib.

Onun sözlərinə görə, bəzi hallarda bütün ödənişli tələbələrə güzəştin edilməsi ədalətli hesab edilir.

“Lakin, biz təhsil müəssisələrinin uzunmüddətli maliyyə dayanaqlılığını düşünməliyik. 15 min 209 tələbə üçün 13 milyon manata yaxın vəsait ödənilib. Növbəti semestrdə də bu güzəştlər davam edəcək. 17 200 tələbə ödənişli əsaslarla oxusa da, onlar məcburi köçkün və digər sosial həssas qrupa aid olduqları üçün ödənişi dövlət tərəfindən təmin edilir. Ümumilikdə bu proses 32 minə yaxın tələbəni əhatə edir".

Azvision.az


Teqlər: Tələbə  





Xəbər lenti