Nazir xaricdən müəllimlərin gəlməsinə münasibət bildirdi

Nazir xaricdən müəllimlərin gəlməsinə münasibət bildirdi
  27 Avqust 2020    Oxunub:3740
Bəzi özəl təhsil müəssisələri xarici ölkələrdən müəllimlərin gəlməsi ilə bağlı Operativ Qərargaha müraciət edir və müəyyən suallar yarananda Təhsil Nazirliyinə sorğu göndərilir. Buna baxılıb cavablandırılır.
Azvision.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev yeni tədris ilinin başlanmasına həsr olunmuş brifinqdə deyib.

Onun sözlərinə görə, özəl təhsil müəssisələri həmin xarici vətəndaşların adlarını göstərməlidir ki, onların gəlməsi nəyə görə zəruridir.

“Bir sıra özəl təhsil müəssisələrində beynəlxalq təhsil proqramları tədris olunur və orada xaricdən olan müəllimlərin dərs keçməsi vacibdir. Belə müraciətlər olarsa, prosesin müvafiq qaydada baxılması ola bilər. Bu hal kütləvi deyil”.

Azvision.az


Teqlər:





Xəbər lenti