Bədən tərbiyəsi dərsləri təxirə salına bilər

   Bədən tərbiyəsi dərsləri təxirə salına bilər
  27 Avqust 2020    Oxunub:3610
“Məktəblərdə bufetlər və ayrı-ayrı kütləvi tədbirlərin keçirilməsi ilə bağlı müvafiq qaydalar hazırlanacaq”.
Azvision.az xəbər verir ki bunu Təhsil naziri Emin Əmrullayev yeni tədris ilinin başlanmasına həsr olunmuş brifinqdə deyib.

Onun sözlərinə görə, məktəbdə soyunub-geyinmə otaqları imkan vermirsə, bədən tərbiyəsi dərsləri təxirə salına bilər:

“Bununla bağlı Operativ Qərargahla birgə işlənilir, ictimaiyyətə məlumat veriləcək”.

Azvision.az


Teqlər: Təhsil   dərs  





Xəbər lenti