Çinin Aydakı peykində problem var

Çinin Aydakı peykində problem var
  25 Yanvar 2014    Oxunub:1233
“Yuyutu” kosmik aparatında nasasızlıqlar aşkarlanıb.
AzVision.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Çinin Aya göndərdiyi ilk kosmik aparat olab “Yuyutu”nun mexaniki idarəetmə sistemində problemlər aşkarlanıb.

Çin Dövlət müdafiə elmi, texnologiya və sənaye idarəsi nasazlıqların Ay səthinin çətin relyefi ucbatından baş verdiyini açıqlayıb. Aparatın işindəki problemlər “Yuyutu” zondu Aya eniş etdikdən az sonra başlayıb. Hazırda nasazlığın aradan qaldırılması üçün tədbirlər görülür.

Xatırladaq ki, “Yuyutu” aparatı “Çan-3” zondunun köməyi ilə ötən il dekabrın 14-də Aya eniş həyata keçirmişdi. O, 1976-cı ildə SSRi-nin “Luna-24” aparatından sonra Aya səfər edən ilk süni obyekt hesab olunur. Ekspedisiyada əsas məqsəd Ayın geoloji strukturunu tədqiq etmək və süxur nümunlərəni Yerə göndərməkdir. “Yuyutu”nun 3 ay ərzində aktiv çalışacağı gözlənilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti