ABŞ cəbhədəki atışmaya REAKSİYA verdi

ABŞ cəbhədəki atışmaya REAKSİYA verdi
  25 Yanvar 2014    Oxunub:1360
ABŞ münaqişə tərəflərini güc tətbiqindən çəkinməyə çağırıb.

AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, Amerika Dövlət Departamentinin rəsmi nümayəndəsi Mari Harf Dağlıq Qarabağ münaqişəsinə toxunub.

Yanvarın 25-də keçirilən brifinqdə Mari Haf son günlərdə cəbhə xəttindəki gərginliyə toxunub.

“Biz məlumatları izləmişik və harada, necə baş verməsindən asılı olmayaraq itkilər barədə təəssüflənirik. Bizim mövqeyimiz dəyişməz qalır: güc tətbiqi münaqişəni həll edən deyil. Biz tərəfləri güc tətbiqindən və hədələrdən çəkinməyə çağırırıq”,- deyə Harf deyib.

O qeyd edib ki, ABŞ Minsk qrupunun həmsədri olmaqla münaqişənin sülh yolu ilə həlli üçün tərəflərin səylərini davam etdirməsini dəstəkləyirik.
“Bu bizim hədəfimizdir. Və bu hədəf dəyişməyib. Biz bilirik ki, bu çətindir lakin biz işimizi davam etdirəcəyik” –deyə Harf fikirlərini yekunlaşdırıb.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti