Marsda su aşkar olunub

Marsda su aşkar olunub
  24 Yanvar 2014    Oxunub:1029
“Opportunity” kosmik aparatı Endeavour kraterinin topladağı süxurlar böyük maraqla qarşılanıb.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Opportunity kosmik zondunun ABŞ-dakı Reaktiv hərəkətlər laboratoriyasına göndərdiyi süxur nümunələrində su izləri aşkar olunub.

Alimlərin fikrincə. süxur nümunələrinin analizi 3,7 milyard il əvvəl Marsda şirin su ehtiyatlarının mövcud olduğunu sübut edir. Bu isə öz növbəsində “qırmızı planet”də həyatın olduğunu iddia etməyə əsas verir.

Bununla belə, alimlər keçmişdə Marsda mikroorqanizmlərin mövcud olduğunu təsdiqləyən sübut tapmayıblar. Vaşinqton universitetinin alimlərinin fikrincə, vaxt keçdikcə şirin suyun tərkibində struktur dəyişikliyi baş verib və onun tərkibində duzluluq artıb. Bu isə öz növbəsində hər cür mikroorqanizmlərin fəaliyyəti üçün böyük maneə törədib. 10 il ərzində “Opportunity” 39 min kilometr məsafə qət edib və Yerə 185 min şəkil göndərib.

Hazırda aparat Salander zirvəsi yaxınlığında fəaliyyət göstərir.
Dekabrın əvvəllərində Marsa göndərilən digər kosmik zond- “Curiosity” qədim tarixə malik şirin sulu göl aşkarlamışdı. Tədqiqatçılar qazıntılar zamanı azot, fosfor, hidrogen və oksigen nümunələri aşkarlayıblar. Bir neçə min ərzində mövcud olan göl nəzəriyyədə mikrobların mövcudluğu üçün uyğun yer sayılan bilərdi.

“Əgər biz Yerdəki mikroorqanizmləri götürüb, Marsda aşkar etdiyimiz gölə atsaq, onlar sağ qala biləcəkmi? Cavab –hə”,- deyə ”Curiosity“ missiyasının rəhbəri Con Qroçinger bildirib. “İndi biz bilirir ki, Marsda şirin su ehtiyatı olub” –deyə o əlavə edib.

Xatırladaq ki, “Curiosity” kosmik aparatı 2012-ci iln 6 avqustunda
Qeyl kraterinə doğru səfərə çıxıb. Marsda 687 gün olması planlaşdırılan aparat NASA üçün 2,5 milyard dollar hesabına başa gəlib

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti