Roma papası: İnternet Allahın nemətidir

Roma papası: İnternet Allahın nemətidir
  24 Yanvar 2014    Oxunub:1062
Roma papası Fransisk, interneti insanlar arasında ünsiyyəti asanlaşdıran, lakin bəzən canlı ünsiyyətə maneələr yaradan bir Allah neməti adlandırıb.
“ Bu, həqiqətən lazımlı bir şeydir, Allahın bizlərə hədiyyəsidir. Bununla yanaşı, daimi olaraq internet şəbəkəsinə qoşulmaq bizi öz yaxınlarımızla canlı ünsiyyətdən uzaqlaşdıra bilər. Rəqəmsal texnologiyalar erasında canlı ünsiyyət- yaraya məlhəm kimi bir şey, ürəyi sərinlədən yaxşı çaxır kimidir”-deyə pontifik rəqəmsal texnologiyalar erasının müsbət və mənfi cəhətlərini izah edib.

Onun fikrincə, internet müxtəlif dinə və mədəniyyətə mənsub insanlara biri- biri ilə dil tapmaq, görüşüb-anlaşmaq imkanı verir.

“ Dialoq qurmaq inanmaq deməkdir. Dialoq qurursansa deməli, deməyə sözün var”-deyə pontifik vurğulayıb.

S. Həsənova


Teqlər:  





Xəbər lenti