Türkiyədə qətliam kimi qəza - VİDEO

 Türkiyədə qətliam kimi qəza - VİDEO
  23 Yanvar 2014    Oxunub:1181
Kayseridə baş verən yol qəzasında 22 nəfər ölüb, 22 nəfər xəsarət alıb
Türkiyənin Kayseri vilayətinin Pınarbaşı rayonu yaxınlığında sərnişin avtobusunun qəzaya uğraması nəticəsində çoxlu sayda insan ölüb və yaralanıb.

AzVision.az-ın türk mətbuatına istinadla verdiyi məlumata görə, avtobus naməlum səbəbdən dərəyə yuvarlanıb. Nəticədə 22 nəfər ölüb, 22nəfər xəsarət alıb. Hadisə yerinə çoxlu sayda təcili yardım, yanğınsöndürən maşınlar və xilasedicilər cəlb olunub. Yaralılar xəstəxanalara yerləşdirilib. Hazırda qəzanın səbəbləri araşdırılır.



S. Həsənova


Teqlər:





Xəbər lenti