Gəncədə nişan mərasimi keçirənlər saxlanıldı - FOTO
Bölmədə aparılan müvafiq araşdırmalarla məlum olub ki, şəhər sakinləri Bəxtiyar Kərimov və Yaşar Səfərov əvvəlcədən danışaraq nişan mərasimi keçirmələri barədə razılığa gəliblər.
Həmin şəxslər də daxil olmaqla 7 nəfər məclis iştirakçıları barədə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.
Polis əməkdaşlarla onlarla bir daha profilaktiki söhbət apararaq, karantin rejiminə əməl etməyi, mümkün qədər evdən çıxmamağı tövsiyə edib və bildirib ki, bütün bu tələblər vətəndaşların sağlamlığının qorunması üçündür.
Azvision.az
Teqlər: Gəncə Polis Nişan Mərasim Karantin