Nazirlikdən yanğınla bağlı çağırış: “Ehtiyatlı olun!”
"Təəssüf ki, yanğın zamanı biri Siyəzən meşəbəyliyinin meşə gözətçisi olmaqla, Sədan kəndinin iki sakini həyatını itirib. Yanğında həyatlarını itirənlərin ailələrinə və yaxınlarına başsağlığı verir, səbr diləyirik və bir daha vətəndaşlara müraciət edirik ki, kimlərinsə ehtiyatsızlığı, etinasızlığı ucbatından yaranan yanğın hadisələrinin nə qədər ağır nəticələrə səbəb olmasını nəzərə alsınlar, ağır fəsadlara şərait yaradan yanğınların baş verməməsi üçün maksimum dərəcədə ehtiyatlı olsunlar", - deyə məlumatda qeyd olunub.
Azvision.az
Teqlər: ETSN