Abramoviçin rəfiqəsi irqçilikdə günahlandırılır – FOTO

Abramoviçin rəfiqəsi irqçilikdə günahlandırılır – FOTO
  21 Yanvar 2014    Oxunub:936

AzVision.az rus mətbuatına istinadən xəbər verir ki, milyarder Roman Abramoviçin rəfiqəsi Darya Jukova Rusiyanın `Buro 24/7 online` jurnalına verdiyi müsahibə zamanı yayılan şəkillər Britaniya mətbuatının narazılığına səbəb olub. Şəkillərdə “Qaraj” müasir incəsənət muzeyinin direktoru və eyni adlı jurnalın baş redaktoru Darya Jukovanın yarıçılpaq və qolubağlı qaradərili qadın formasında hazırlanan kresloda əyləşdiyi görünür.

The Huffington Post yazır ki, interyerin maraqlı nümunəsi olan kreslonu pop-art janrında rəsmlər çəkən Allen Cons 1969-cu ildə yaradıb. Lakin bir çox ingilis mətbuat orqanları şəklin qaradərili qadınları alçaltdığını düşünürlər.

“Ağdərili qadının üstünlüyünün açıq-aşkar təqdim olunması digər irqlərin nümayəndələrinin şəxsiyyətini təhqir edir. İncəsənət və moda irqçiliyin yaradıcılıq üzərində üstünlük qazandığı sahələrdir”- deyə populyar moda nəşrinin baş redaktoru Kler Salmers bildirib.

Sosial şəbəkələrdəki tənqid dalğasından sonra Buro 24/7 jurnalı şəkilin narazılıq doğuran hissəsini kəsib. Darya Jukova isə hələ də irqçilik ittihamlarına cavab verməyib.

Bundan öncə, Amerika müğənnisi Madonnanın İnstagram səhifəsində paylaşdığı yazı qalmaqal yaratmışdı. Xatırladaq ki, yanvarın 17-də məşhur müğənni boksla məşğul olan 13 yaşlı oğlu Rokkonun fotosunu mikrobloqunda yerləşdirərək səkilə şərh yazmışdı: `Anan səni nokauta göndərəcəyinə söz verir, nigger`. Bu yazı internet istifadəçilərinin ciddi etirazına səbəb oldu. Çünki müğənnini işlətdiyi `nigger` ifadəsi ABŞ və Avropa ölkələrində rasist ifadə sayılır. Müğənni tezliklə şərhi sildi və bu hadisəyə görə sadə vətəndaşlardan üzr istədi.

AzVision.az




Teqlər:  





Xəbər lenti