Axtarışda olan 39 nəfər saxlanılıb

Axtarışda olan 39 nəfər saxlanılıb
  29 İyul 2020    Oxunub:3076
Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 37 cinayətin üstünü “isti izlər”lə açıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış bir cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 39 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 31 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş iki ağır yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyənləşdirilib. Cinayət törətməkdə şübhəli bilinən 16 nəfər saxlanılıb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti