Pakistanda partlayış: 20 hərbçi öldü - VİDEO

Pakistanda partlayış: 20 hərbçi öldü - VİDEO
  19 Yanvar 2014    Oxunub:1075
Pakistanda baş vermiş partlayış nəticəsində azı 20 nəfər ölüb. AzVision.az “euronews”a istinadən xəbər verir ki, partlayışın hədəfi hərbi konvoy olub. Partlayış nəticəsində daha 20 əsgər xəsarət alıb.

İlkin məlumata görə, partlayışı terrorçu-intiharçı törədib. Hələlik terror aktına görə məsuliyyəti heç kim üzərinə götürməyib. Lakin BBC qeyd edir ki, adətən belə hücumların arxasından “Taliban” çıxır.




Teqlər:





Xəbər lenti