Bəşər Əsəd seçkidə iştirak edəcəyini rəsmən açıqladı

Bəşər Əsəd seçkidə iştirak edəcəyini rəsmən açıqladı
  19 Yanvar 2014    Oxunub:1082
Suriya prezidenti Bəşər Əsəd yeni prezident seçkilərində iştiraka hazırlaşır. AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Əsəd bunu rusiyalı deputatlarla görüşdə bəyan edib.

“Əgər təslim olmaq istəsəydik, lap əvvəldən təslim olardıq. Biz Vətənin keşiyindəyik. Bu məsələ diskussiya mövzusu deyil. Kimin seçkidə iştirak etməli olduğunu yalnız Suriya xalqı təyin edə bilər”, - deyə Bəşər Əsəd bəyan edib.

Bəşər Əsədin fikrincə, prezident seçkilərində müxalifət nümayəndələri də iştirak etməlidirlər: “Onlar bəyan edirlər ki, Suriya ərazisinin 70 faizini azad ediblər. O zaman niyə seçkidə iştirak etməsinlər və bu 70 faizin dəstəyinə arxayın olmasınlar”.


Teqlər:  





Xəbər lenti