Gəncədə partlayış oldu - YENİLƏNİB+ FOTOLAR

  13 İyul 2020    Oxunub : 6337
Gəncədə partlayış oldu - YENİLƏNİB+ FOTOLAR
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gəncə şəhəri, Kəpəz rayonu, Müseyib Bağırov küçəsində yerləşən “LUKOİL” yanacaqdoldurma məntəqəsində yanğınla nəticələnən partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
FHN-dən Azvision.az -a verilən məlumata görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində qısa zamanda yanğının yayılmasının qarşısı alınıb, yanğın saat 12:25-də söndürülüb.

***12:25
Gəncə şəhərində "Lukoil" yanacaqdoldurma məntəqəsində partlayış olub. Azvision.az -ın məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 4 yanğınsöndürən avtomobili cəlb olunub.

Ərazi polis əməkdaşları tərəfindən nəzarətə götrülüb.

Məlumata görə, təcili tibbi yardım briqadası bəzi şəxslərə yerində yardım göstərib. Hadisənin təfərrüatları məlum deyil.

Əlavə məlumat veriləcək.






Azvision.az

Teqlər: Gəncə   Partlayış