Rusiyada daha 5 terrorçu zərərsizləşdirildi

Rusiyada daha 5 terrorçu zərərsizləşdirildi
  18 Yanvar 2014    Oxunub:968
Şimal Qafqaz terrorçularının Mahaçqala qruplaşmasının rəhbəri və daha 4 nəfər silahlı öldürülüb.
AzVision.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bugün səhər Mahaçqala yaxınlığındakı Səmədər qəsəbəsində Rusiya xüsusi təyinatlı dəstələri 5 terrorçunu məhv ediblər.
Yaşayış evlərindən birində möhkəmlənən silahlılar təslim olma çağırışına atəşlə cavab veriblər. Bir neçə saatlıq toqquşmadan sonra onların hamısı məhv edilib.

Onların arasında Mahaçqala qruplaşmasının lideri Mahmud Əliyev var. Bundan başqa, kamikadze hazırlığı keçən26 yaşlı Zahirə Əliyeva da məhv edilən terrorçular arasındadır.

İstintaqın qənaətincə, məhz bu qruplaşma yanvarın 17-də Mahaçqalada əyləncə mərkəzində baş verən partlayışın təşkilatçıları olublar. Həmin hadisə zamanı 17 nəfər xəsarət almışdı.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti