Ərdoğandan sərt çıxış: “Övladlıqdan rədd edərəm”

Ərdoğandan sərt çıxış: “Övladlıqdan rədd edərəm”
  18 Yanvar 2014    Oxunub:988
“Övladlarımdan biri rüşvət alsa onu bir saniyə də yanımda saxlamaram, övladlıqdan rədd edərəm”.

Türkiyənin baş naziri Rəcəp Tayyib Ərdoğan ölkədəki rüşvət və korrupsiya əməliyyatının ikinci dalğasından sonra müxalifətin tənqidlərinə cavab verib. AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, baş nazir çıxışında övladlarının adlarının bu olayda hallanmasından şikayətlənib.

Ərdoğan bildirib ki, əgər övladlarından biri rüşvətə qarışsa, onu övladlıqdan rədd edəcək:

“Çox açıq danışıram. Mənim övladlarımdan biri belə bir korrupsiyaya qarışsa, onu bir saniyə də yanımda saxlamaram, övladlıqdan çıxardaram. İndi ölkədəki ana müxalifətçilər mənim övladlarımla bağlı danışırlar. Bildirirlər ki, onlar rüşvət alır, korrupsiyaya bulaşıblar. Bu müxalifət əvvəl güzgüdə özünə baxsın. Onların keçmişi qaranlıqdır. Üzr istəyirəm, onların müdir olduqları vaxtlarda bu millət rüşvətə görə getməyə xəstəxana tapa bilmirdi, dərman ala bilmirdilər. Amma indi həqiqətlər ortadadır. Təhsildə atdığımız addımlar meydandadır. İndi universitet tələbələrindən kim müraciət edirsə, onlara təqaüd və ya kredit verilir. Siz bunları verə bilərsiniz? Səhiyyə də atdığımız adddımlar ortadadır. Artıq xəstəxanası olmayan rayonumuz yoxdur. Bunlardan öncə, Türkiyədə universiteti olmayan bir rayon da yoxdur. İqtidarda olduğumuz müddətdə 99 yeni universitet yaratdıq”.

Daha sonra öz çıxışına davam edən Ərdoğan hər kəsin səhv edə biləcəyini bildirib: Bilməliyik ki, bu insan Allahın quludur, onun da səhvləri ola bilər. “Prezidentin də səhvi var, Tayyip Ərdoğanın da səhvi var. Milli Məclisim sədrinin də səhvi var. Bunları görəcəyik və biləcəyik. Heç bir insan ideal deyil. Biz heç vaxt millətin əmanətinə göz dikənlərə dözümlü yanaşa biləmirik. Yetimin haqqına əl uzadanlara xoş üz göstərə bilmərik. Allaha həmd olsun, harama əl uzadanlardan olmadıq, amma bu da yetmir. Harada əl uzadılmasına icazə vermərik, buna göz yuma, səssiz qala biləmirik”-deyə baş nazir çıxışında bildirib.

Sevinc İltifatqızı



Teqlər:





Xəbər lenti